14 oktyabr 2013 00:23
DÇ-dəki ilk rəqiblərimiz bəlli oldu (FOTO)
Bu gün Qazaxıstanın Almatı şəhərində usta boksçular arasında dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, dünən yarışın püşkatması keçirilib. Azərbaycan millisi üçün püşkün o qədər də ürəkaçan olduğunu söyləmək olmaz.
Medala əsas ümidlilərimiz Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov güclü rəqiblərlə üzləşəcəklər. London oyunlarında 91 kq-da bürünc mükafatçımız ilk mərhələdən azad olsa da, 1/4 finalda boks ölkəsinin nümayəndəsi - kubalı Erislandi Savonla qarşılaşa bilər.
Məhəmmədrəsul Məcidov ilk döyüşləri qələbə ilə başa vursa, 1/4 finalda London olimpiadasında məğlub etdiyi rusiyalı Məhəmməd Ömərovla görüşmək ehtimalı var. Qeyd edək ki, London-2012-nin gümüş mükafatçısı Roberto Kamarelle də (İtaliya) dünya çempionumuzla bir qrupdadı.
2011-ci ilin Avropa çempionu Salman Əlizadə (49 kq) yarışa oktyabrın 19-da qoşulacaq. Birinci mərhələdən azad olan boksçumuz 1/16 finalda Georgi Andonov (Bolqarıstan) - Vasiu Tayvo (Nigeriya) cütünün qalibi ilə qarşılaşacaq.
49 kq - Salman Əlizadə - Georgi Andonov (Bolqarıstan)/Vasiu Tayvo (Nigeriya)
52 kq - Elvin Məmişzadə - Rikardo Balndon (Venesuela)/Eduard Salas (Venesuela)
56 kq - Cavid Çələbiyev - Oraz Avzalşoev (Tacikistan)
60 kq - Elvin İsayev - Mohammed Amin (Banqladeş)
64 kq - Pərviz Bağırov - Yu-Jen Vanq (Taypey)
75 kq - Soltan Migitinov - Conatan Hanson (Yamayka)
81 kq - Rauf Rəhimov - Mateuş Trik (Polşa)
91 kq - Teymur Məmmədov - Efetobor Apoçi (Nigeriya)/Seyda Kəsər (Türkiyə)
+91kq - Məhəmmədrəsul Məcidov - Lenroy Thompson (ABŞ)/Fakundo Giglion (Argentina)
