11 oktyabr 2013 13:15
Fariz ukraynalı boksçularla birgə Qəbələdə məşq edir (FOTO)
Peşəkar boksçular dekabrda keçiriləcək Avropa çempionu titulu uğrunda döyüşə hazırlaşmaq üçün Qəbələyə toplaşıblar. Azerisport.az xəbər verir ki, bunu facebook səhifəsindəki açıqlamasında Fariz Məmmədov deyib.
Onun sözünə görə, gələn qonaqlar Ukraynadandı - Sergey Fedçenko (WBO versiyası üzrə qitə çempionu) və Valentin Qolovko.
Boksçular 2 həftə ümumi-fiziki hazırlıq keçəcəklər. Artıq dağ ərazisində 9 km qaçış baş tutub. Qəbələdəki toplantı bitdikdən sonra, idmançılar 6 həftəlik Ukraynada birgə məşqləri davam etdirəcəklər.
Hazırda boksçuların yaxşı formada olduğu və çalışmaları səylə artırdıqları qeyd olunub.
