9 oktyabr 2013 13:14

Məhəmmədrəsul Məcidov: Məqsədim ikinci dəfə dünya çempionu olmaqdı

Usta boksçularımız Qazaxıstanda təlim-məşq toplanışını davam etdirirlər. Həmişə olduğu kimi, Almatıda keçiriləcək dünya çempionatında da milil komandamız yüksək yerlərə əsas iddialılardan sayılır. Bu olimpiya idman növü ölkəmizdə aparıcı olduğundan, rinq ustalarımıza diqqət hər zaman böyükdür. Çox güman, yenə də ağır çəkili boksçularımıza etimad yüksək olacaq.
 
Seçmə komandamızın əsas liderləri Məhəmmədrəsul Məcidov azerisport.az müsahibəsində tarix yazacağını deyib. İnişil Bakıda keçirilmiş planetin ən güclülərinin yarışında baş mükafata sahib çıxmaqla, Ağası Məmmədovun yaxın keçmişdəki zəfərini təkrarlayan “super oğlan”, bu dəfə daha irəli gedəcəyini söyləyir:
 
- Dünya çempionatına hazırlığımız normal qaydada gedir. Verilən tapşırıqları tam yerinə yetirirəm.
 
- Hansı ölkənin boksçularını daha çox izləyirsiniz?
- Hər kəsi izləmək və hamıya qalib gəlmək lazımdır.
 
- Son 3 ildə beynəlxalq arenalarda ən ağır çəkidə liderlərdən sayılırsınız. Demək, rəqiblər daim sizi izləyir, taktikanızı öyrənirlər. Çox güman, bu dünya çempionatı üçün də gizli nəsə fikirləşmisiniz.
- Doğru qeyd etdiniz. Rəqiblərim artıq bütün taktikama bələddirlər. Ona görə, yeni sirrlər öyrənirəm.
 
- Yəqin, bu dəfə də hədəf qızıl medal olar…
- İstənilən halda, məqsədim 1-ci yer tutmaqdır. Başqa cür ola da bilməz! İnşallah, çonra qızıl medalı qazanaram.
 
- 2011-ci ildə Bakıda keçirilmiş planetin ən güclülərinin yarışında fəxri kürsünün zirvəsinə çıxmaqla, Azərbaycan boksunda yeni səhifə açdınız. 2-ci qızıl medalın qazanılması, artıq inanılmaz nailiyyətdi. Bəlkə də, bu uğurunuz uzun müddət rekord olaraq qalacaq.
- Bəli, bir dəfə doğma divarlar arasında çempion olmuşam. Allah qoysa, yenə də qalib olaram. Hesab edirəm ki, çox çalışıb və məşqlərdə artıq yükdən boyun qaçırmayan istənilən idmançı uğura yetişə bilər.
 
- Qarşıda yeni bir ciddi sınaq var - 1-ci Avropa olimpiadası. Bu mötəbər yarışda iştirak etməyi planlaşdırırsınızmı?
- Adıçəkilən oyunların evdə, Bakıda keçiriləcəyini bilirəm. Təbii, həmin yarışda iştirak edəcəyəm.
 
- Mübarizə aparacağınız halda, buna Rio-2016-ya keçid kimi baxacaqsınız?
- Mənə o da məlumdur ki, həmin sınaq Yay olimpiya oyunlarına lisenziya verəcək. Bunun üçün, mütləq 1-ci Avropa olimpiadasını udmalıyam. Hədəfim, nə olursa olsun, Rio olimpiya oyunlarının qalibi olmaqdı.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.