5 oktyabr 2013 14:38

Heybətulla Hacıəliyev: Finala qədər irəliyəcəyimə inanıram (FOTO)

Bu ay usta boksçularımızı ciddi sınaq gözləyir. Azerisport.az saytı xəbər verir ki, 14-26 oktyabrda Qazaxıstanın Almatı şəhərində dünya çempionatı keçiriləcək. Həmin sınaqda dəri əlcək sahiblərimiz yüksək mükafatlar uğrunda döyüşəcəklər. 
 
Millimiz iqlimə və ab-havaya uyğunlaşmaq üçün, Xəzərin o tayına daha erkən yollanıb. Heyətdə vəziyyət qaydasındadır. Komandanın aparıcı üzvlərindən olan Heybətulla Hacıəliyev (64 kq) azerisport.az-a açıqlamasında deyib ki, bu yarışda əsas hədəfi medal qazanmaqdır:
 
“İnişil keçirilmiz Avropa çempionatında ilk böyük uğuruma yetişdim. Orada 3-cü yer tutdum. Bu dəfə də iddialıyam. Məşqlərimiz əla keçir. Yaxşı forma yığırıq. Hələlik Qazaxıstan və İrlandiya seçmə komandaları ilə birgə hazırlaşırıq. Bu gün bizə Kuba boksçuları qoşulacaqlar.
 
İlboyu uğursuzluq məndən əl çəkmədi. İnşallah, bu dəfə tilsimi qıracağam. Finala qədər irəliyəcəyimə inanıram. Hiss edirəm ki, yaxşı formaya düşürəm. Belədə, qızıl medal niyə mənim olmasın”?

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.