3 oktyabr 2013 18:36

Baku Fires Rusiyada təlim-məşq toplanışındadı

“Baku Fires” boks klubu yeni mövsümə hazırlığı Rusiyanın Kislovodsk şəhərində davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışına 29 boksçu cəlb olunub.
 
Baş məşqçi Nuripaşa Talibov, məşqçilər Əsgər Eyvazov və Yuri Çuykonun rəhbərliyi altında heyətdə dünya və Avropa çempionu Albert Səlimov, Məhəmməd Qurbanov, Nikolay Veselov və Xurşid Tocibayev kimi dəri əlcək ustaları yer alıblar.
 
İdmançılarımız Kislovodsk toplanışından əvvəl fiziki hazırlığın gücləndirilməsi üçün Rusiyanın Dombay qəsəbəsində məşq ediblər. Dombay dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir ki, belə iqlimdə hazırlıq komanda üçün vacib amildi. Çünki “Baku Fires” WSB liqasında Meksika təmsilçisi ilə bir qrupda mübarizə aparacaq. Mexiko şəhəri də dəniz səviyyəsindən 2240 metr yüksəkdədi.
 
Komandamız yarışın ikinci turunda meksikalıları Quba Olimpiya kompleksində qəbul edəcək. Baş məşqçi Nuripaşa Talibovun yetirmələrinin Azərbaycandakı məşq prosesləri də məhz Qubada keçiriləcək.
 
Komandamızın təlim-məşq toplanışı oktyabrın 24-nə kimi davam edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.