28 sentyabr 2013 19:34
Azərbaycanın xanım boksçusu DÇ-də bürünc medal qazandı (FOTO)
Bolqarıstanın Albena şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda 3 boksçu ilə iştirak edən Azərbaycan milli komandası 1 bürünc medalla kifayətlənib.
Yeniyetmələrin yarışında gücünü sınayan Alina Hacıyeva (80+ kq) bir döyüşdə qələbə qazanıb, birində məğlub olmaqla bürünc medal əldə edib. Boksçumuz yarımfinalda Rusiya təmsilçisi Mariya Şişmarayevaya uduzub.
Anaxanım Ağayeva (51 kq) və Məryəm Cəbrayılova isə yarışı mükafatsız başa vurublar.
