25 sentyabr 2013 15:37

Fariz Məmmədov Bakıdakı I Avropa Oyunlarına qatılmağı hədəfləyir

Bu gün peşəkar boksçu Fariz Məmmədov mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, boksçu Ukraynada keçirilmiş döyüşdəki qələbəsi və oktyabrda nəzərdə tutulan növbəti görüşü ilə bağlı məlumat verib.
 
Məmmədov bəyan edib ki, o, həm də Bakıda təşkil olunacaq I Avropa Oyunlarına qatılmağı hədəfləyir. F.Məmmədov yarışda boks növü üzrə qalib olmağı qarşıya məqsəd qoyduğunu vurğulayıb.
 
Boksçu, həmçinin bildirib ki, 2014-cü ildə təşkil olunacaq APB-də (Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Peşəkar Boks yarışı) mübarizə aparmaq niyyətindədi. Bu yarışa təklif aldığını deyən F. Məmmədov AİBA-nın yeni layihəsində qüvvəsini sınamaq niyyətdə olduğunu açıqlayıb. Peşəkar boksçu 69 kq çəki dərəcəsində qalib olaraq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq niyyətindədi.
 
Peşəkar boksçunun daha bir hədəfi isə peşəkar boksda məşhur versiyalardan sayılan WBO, WBC, WBA və İBF-in birində Avropa kəmərinə yiyələnməkdi. Vaxtilə bu versiyalardan 3-də "İntercontinental" kəməri qazandığını xatırladan F. Məmmədov deyib ki, boksdan 8 ilədək uzaq qalması səbəbindən uğurlarını davam etdirə bilməyib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.