26 sentyabr 2013 00:03
Hacıyeva DÇ-nin yarımfinalına çıxdı
Bolqarıstanın Albena şəhərində boks üzrə gənc və yeniyetmə qızlar arasında dünya birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan milli komandasının üzvlərindən Anaxanım Ağayeva (51 kq) gənclərin, Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (80+kq) isə yeniyetmələrin turnirində mübarizə aparırlar.
İlk olaraq boksçularımızdan Ağayeva rinqə çıxıb. Ancaq onun dünya birinciliyindəki debütü uğursuz alınıb. Boksçumuz ingiltərəli Luiza Barkerə uduzub – 0:3 (37:39, 35:40, 37:39).
Alina Hacıyeva isə ilk döyüşünü qələbə ilə başa vurub. Millimizin üzvü Bolqarıstan nümayəndəsi Nikoleta Yordanovanı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bununla da boksçumuz ən azı bürünc medalı özünə təmin edib.
Məryəm Cəbrayılova isə ilk döyüşdə qazaxıstanlı Mədinə Nurşayeva ilə qarşılaşacaq.
Dünya birinciliyinə sentyabrın 28-də yekun vurulacaq.
