22 sentyabr 2013 00:39
Fariz Məmmədov peşəkar rinqdə ardıcıl üçüncü qələbəsini qazandı (FOTO)
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov növbəti döyüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Ukraynanın Xarkov şəhərində baş tutan döyüşdə boksçumuz Belarus təmsilçisi Aleksandr Abramenko ilə mübarizə aparıb.
WBO versiyasının reytinq xarakterli bu döyüşü əvvəlcədən nəzərdə tutuldugu kimi, altı yox, səkkiz raunddan ibarət olub. Lakin boksçumuz vaxtından öncə - dördüncü raundda rəqibini nokauta salıb.
Qeyd edək ki, bu, yeddi illik fasilədən sonra ötən il yenidən peşəkar rinqə qayıdan Məmmədovun son bir il yarımda ardıcıl üçüncü qələbəsidi.
