16 sentyabr 2013 12:28

Yeniyetmələrimiz DÇ-dən dörd medalla döndülər

Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.
 
70 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Tarverdili yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib.
 
Şükran Mehdiyev də (80 kq) dünya birinciliyindən bürünc medalla dönür.
 
63 kq çəki dərəcəsində yarışan İsmayıl Hüseynov finalda rusiyalı Hüseyn Maqomedovla üz-üzə gəlib. 3 raunddan sonra hər üç hakim rusiyalı boksçunun 29:28 hesablı qələbəsini qeydə alıb.
 
Rövşən Musayev isə (66 kq) finalda Qazaxıstan idmançısı Raxat Marxizpayevlə qarşılaşıb. Bu görüşdə də hər 3 hakimin fikri eyni olub – 0:3 (28:29, 27:30, 27:30). Ümumkomanda hesabında Rusiya 1-ci, Kuba 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub. Millimiz 8-ci yeri tutub.
 
Qeyd edək ki, 2 il öncə Qazaxıstanda keçirilmiş yeniyetmələr arasında dünya birinciliyində komandamız yalnız 1 bürünc medal qazanmışdı.
 
Kiyevdəki yarışda Rövşən Hüseynov ölkəmizi hakim kimi təmsil edib. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.