13 sentyabr 2013 14:31

Yığmamızın dörd üzvü DÇ-nin yarımfinalında!

Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının 4 üzvü yarımfinala vəsiqə qazanaraq, yarışın medallarını özünə təmin ediblər.
 
63 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Hüseynov finlandiyalı Məhəmməd Abdilrassonu məğlub edərək yarımfinala vəsiqə qazanıb – 2:1 (30:26, 30:24, 27:29).  Həmyerlimiz finala gedən yolda koreyalı Janq Byeonqhee ilə üz-üzə gələcək.
 
Hüseyn Tarverdili də (70 kq) ¼ final çərhələsini qələbə ilə başa vurub. Boksçumuz slovakiyalı Andrey Riqonu yarışdan kənarlaşdırıb – 3:0 (30:27, 30:27, 30:27). Millimizin üzvü yarımfinalda ukraynanı təmsil edən Ramil Hacıyevlə qarşılaşacaq.
 
 Şükran Mehdiyev də (80 kq) dünya birinciliyinin medallarını özünə təmin edib. Azərbaycan idmançısı ¼ finalda ABŞ nümayəndəsi Suray Mahmutoviç üzərində qələbə qazanıb – 2:1 (29:28, 29:28, 27:30). Mehdiyevin yarımfinaldakı rəqibi ukraynanı təmsil edən Robert Marton olacaq.
 
66 kq çəki dərəcəsində yarışan Rövşən Musayev də yarımfinalçılar sırasındadır. O, ¼  finalda avstraliyalı Mark Qlevi çətinlik çəkmədən üstələyib – 3:0 (29:28, 30:27, 29:28). Boksçumuz növbəti mərhələdə Tacikistan idmançısı Şahboz Neqmatulloyevlə döyüşəcək.
 
Qeyd edək ki, yığmamızın 3 üzvü – Ümid Rüstəmov (50 kq), Qüdrət Quliyev (52 kq) və Elşən Qafarlı (48 kq) ¼ finalda uduzaraq, medal qazanmaq şanslarını itiriblər.    

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.