19 iyul 2013 14:43
Millimiz Ukraynadan 4 medalla qayıdır
Ukraynanın Mariopol şəhərində Makar Mazayın xatirəsinə həsr olunmuş sayca 47-ci turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, "İliçevets" İdman Sarayında keçirilən yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar.
Komandamz Ukraynadan 1 gümüş və 3 bürünc medalla dönüb.
64 kq çəki dərəcəsində mübarizə aparan Kamran Baxşəliyev finala kimi irəliləsə də, həlledici döyüşdə yerli idmançı Aleksandr Qreçixə uduzaraq 2-ci yerə layiq görülüb. Əbdürrəhman Şirinov (52 kq), Fərid Ağamoğlanov (56 kq) və Ariz İbrahimov (60 kq) bürünc medalla kifayətləniblər.
