11 iyul 2013 11:29
Azərbaycanlı boksçu reytinq cədvəlinin ilk pilləsində!
Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan boksçularından Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) reytinq cədvəlində ilk üçlüyə düşüblər.
Dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı M.Məcidov bütün rəqiblərini qabaqlayaraq 2750 xalla siyahıya başçılıq edir.
Teymur Məmmədov isə ukraynalı Aleksandr Usikdən geri qalaraq 2-ci yerin sahibi olub.
Digər boksçularımızdan ən yaxşı göstərici Minskdə keçirilmiş Avropa çempionatında bürünc medal qazanmış Elvin Məmişzadəyə (52 kq) məxsusdu. Millimizin üzvü 1000 xalla cədvəldə altıncı pillədə qərarlaşıb.
