10 iyun 2013 11:36
Azərbaycan AÇ-də 4-cü oldu
Boks üzrə Azərbaycan yığma komandası Avropa dördüncüsü olub. Azerisport.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə təşkil olunmuş qitə birinciliyi millimiz üçün məhz dördüncülüklə yekunlaşıb.
Qeyd edək ki, komandamız bu turnirdə bir qızıl, bir gümüş və iki bürünc medal qazandı.
Azərbaycan millisi bu mənada Rusiya (5-1-3), İrlandiya (2-2-0) və Ukraynadan (1-1-3) geri qalıb.
