8 iyun 2013 23:05
Məcidov Avropa çempionu oldu!
Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, finala çıxan boksçularımızdan biri qələbə qazanıb, digəri məğlub olub.
Məhəmmədrəsul Məcidov finalda rusiyalı Sergey Kuzminin məclub edərək qızıl medal qazanıb.
Avropa çempionu Teymur Məmmədov finalda rusiyalı Aleksey Yeqorovа məğlub olaraq gümüşü boynundan asıb.
Qeyd edək ki, bundan əvvəl Elvin Məmişzadə və Salman Əlizadə Avropa çempionatının bürünc medalına layiq görülmüşdülər.
