8 iyun 2013 00:34

İki boksçumuz Avropa Çempionatının finalında

Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatında finalçılar məlum olub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının 2 üzvü həlledici görüşdə iştirak etmək hüququ qazanıb.
 
Olimpiya oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov yarımfinalda ukraynalı Denis Poyatsıka ilə qarşılaşıb. Hər 3 hakim boksçumuzun qələbəsini qeydə alıb – 29:27, 29:27, 29:27. Teymur finalda rusiyalı Aleksey Yeqorovla üz-üzə gələcək.
 
Dünya çempionu Məhəmmədrəsul Məcidov (91+kq) isə döyüşmədən finala vəsiqə qazanıb. Boksçumuz yarımfinalda təcrübəli belarusiyalı idmançı Viktor Zuyevlə döyüşməli idi. Ancaq Zuyev rinqə çıxmaqdan imtina edib. Milli komandamızın üzvü finalda rusiyalı Avropa çempionu Sergey Kuzminlə döyüşəcək.
 
Elvin Məmişzadə (52 kq) hakimlərin qeyri-obyektivliyi səbəbndən yalnız bürünc medalla kifayətlənməli olub. Uels nümayəndəsi Endryu Şelbi ilə döyüşdə ilk iki raundda üstünlük Azərbaycan idmançısının tərəfində olsa da, hakimlər qələbəni rəqibə veriblər.
 
Salman Əlizadə (49 kq) isə yarımfinalda irlandiyalı Patrik Barnsa ciddi müqavimət göstərə bilməyib. Hər 3 hakim Barnsın qələbəsini qeydə alıb – 30:27, 30:27, 30:27.
 
Beləliklə, Məmişzadə və Əlizadə Avropa çempionatının bürünc medalına layiq görülüblər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.