6 iyun 2013 00:17

4 boksçumuz AÇ-də medalı özünə təmin etdi

Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının 4 üzvü – Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özlərinə təmin ediblər.
 
Salman Əlizadə 1/4 finalda Gürcüstan boksçusu David Nanava üzərində qələbə qazanıb – 28:26, 28:28, 28:28. 2011-ci ilin Avropa çempionu finala gedən yolda Pekin və London Olimpiadasının bürünc mükafatçısı , 2010-cu ilin Avropa çempionu irlandiyalı Peddi Barnsla qarşılaşacaq.
 
Elvin Məmişzadə 14 finalda Macarıstan nümayəndəsi Norbert Kaluçza üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim həmyerlimizin qələbəsini qeydə alıb. Məmişzadənin növbəti rəqibi 2010-cu ilin Avropa çempionu, 2011-ci ilin dünya çempionatının gümüş mükafatçısı uelsli Endryu Selbi olacaq.
 
Teymur Məmmədov 14 finalda irlandiyalı Tomas Makkartini məğlub edib. Hər 3 hakim 29:28 hesabını qeydə alıb. London Olimpiadasının bürünc mükafatçısı yarımfinalda “Baku Fires” klubunun sabiq üzvü ukraynalı Denis Poyatsıka ilə qarşılaşacaq. Qeyd edək ki, Poyatsıka 2006-cı ilin Avropa çempionudur.
 
Məhəmmədrəsul Məcidov 14 finalda rumıniyalı Mixay Nestorla görüşdə qələbəni vaxtından əvvəl təmin edib. Rumıniya idmançısı 3 dəfə xəbərdarlıq aldığından 3-cü raundda döyüşdən kənarlaşdırılıb. Dünya çempionumuz yarımfinalda Belarus komandasının lideri Afina Olimpiadasının gümüş, 2003 və 2009-cu illər dünya çempionatının bürünc və Avropa çempionatlarının mükafatçısı Viktor Zuyevlə üz-üzə gələcək.
 
Qeyd edək ki, komandamız son  Avropa çempionatındakı nəticəsini yaxşılaşdırıb.  2011-ci ildə 3 medal qazanan boksçularımız bu dəfə 4 mükafatı özlərinə təmin ediblər.
 
Yarımfinal döyüşləri iyunun 7-də keçiriləcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.