5 iyun 2013 18:16

Yığmamız AÇ-də ilk medalı təmin etdi!

Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan milli komandası ilk medalı təmin edib. Azerisport.az xəbər verir ki, 49 kq çəki dərəcəsində yer alan Salman Əlizadə 1/4 final səddini uğurla dəf etməyi bacarıb.
 
Gürcüstanlı Dato Nanava ilə qarşılaşmada hər 3 raund eyni hesabla yekunlaşıb – 28:28. Lakin hakimlər ilk 2 raundda Əlizadənin, sonuncuda isə Nanavanın daha üstün döyüşdüyü qənaətinə gəliblər. Boksçumuz növbəti mərhələdə irlandiyalı Patrik Barneslə üz-üzə gələcək.
 
Lakin 1/4 finaldakı növbəti boksçumuz Samir Məmmədov (56 kq) ermənistanlı Aram Avaqyana uduzub. Birinci və üçüncü raundlarda Avaqyan 29:28, ikincidə isə Məmmədov 30:27 hesabı ilə üstün olub.
 
Qeyd edək ki, qaydalara əsasən, yarımfinala yüksələnlər ən azı bürünc medalı təmin edirlər. 1/4 finalda daha 6 boksçumuz döyüşə çıxacaqlar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.