5 iyun 2013 00:49

8 boksçumuz AÇ-nin 1/4 finalında!

Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının 8 üzvü 1/4 finala vəsiqə qazanıb.
 
Boksçularımızdan ilk olaraq rinqə 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev çıxıb. Həmyerlimiz 2009-cu ilin dünya çempionu təcrübəli Detelin Dalakliyevi məğlub edib. Hər 3 hakim İsayevə üstünlük verib – 29:28, 29:28, 30:27. Millimizin üzvü 14 finalda Avropa çempionatının gümüş mükafatçısı Dmitri Polyanski ilə qarşılaşacaq.
 
Avropa çempionu Salman Əlizadə qitə çempionatında ilk görüşdə qələbə qazanıb. O, İsrail idmançısı David Albridanı məğlub edib. Hər 3 hakim 30:27 hesabı ilə Əlizadəyə üstünlük verib. Həmyerlimiz 14 finalda gürcüstanlı Dato Nanava ilə üz-üzə gələcək.
 
Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da (91 kq) Avropa çempionatında ilk qələbəsini qazanıb. O, Xorvatiya idmançısı Marko Kaliçdən üstün olub. – 30-27, 30:27,30:27. Teymur 14 finalda irlandiyalı Tomas Makkarti ilə qarşılaşacaq.
 
Tamerlan Abdullayev (69 kq) Belarusda ikinci qələbəsini qazanıb. Boksçumuz bu dəfə Yunanıstan təmsilçisi Pavlos Tsaqrakosu çətinlik çəkmədən yenib. Abdullayevin 14 finalda rəqibi rusiyalı Aleksandr Besputin olacaq.
 
2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov da adını 14 finalçılar sırasına yazdırıb. Təcrübəli boksçumuz Pekin Olimpidasının bürünc mükafatçısı Vyaçeslav Qojan üzərində qələbə qazanıb. Samir ən azı bürünc medalı özünə təmin etmək üçün 14 finalda Ermənistan boksçusu Aram Avaqyanı məğlub etməlidi.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.