3 iyun 2013 15:17

Azərbaycan boksçuları Avropa çempionatına qələbə ilə başladılar

Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ikinci günündə boksçularımızdan ilk olaraq Elvin İsayev (60 kq) rinqə çıxıb.
 
Milli komandamızın üzvü uelsli Cozef Kordina ilə döyüşdən qalib ayrılıb. Hər 3 hakim həmyerlimizin qələbəsini qeydə alıb - 29:28, 30:27, 29:28. İsayev 18 final mərhələsində bolqarıstanlı Detelin Dalakliyevlə qarşılaşacaq.
 
Təəssüf ki, gənc Elnur Süleymanov (75 kq) qitə çempionatında çıxışını dayandırıb. Turnirdə son anda çıxış etməsi rəsmiləşən Süleymanov Ermənistan təmsilçisi Arman Hovhikyana uduzub - 27:30, 28:29, 27:30.
 
Qeyd edək ki, Avropa çempionatı yeni xal sistemi ilə keçirilir. Görüş ərzində hansı idmançının hesabda öndə olması bilinmir. Yalnız qarşılaşma başa çatdıqdan sonra 3 hakimin balları əsas götürülür və xallar peşəkar boks sistemindəki kimi hesablanır.
 
Azərbaycan boksçularından daha ikisi ilk görüşlərini qələbə ilə başa vurublar. 56 kq çəki dərəcəsində mübarizə aparan Samir Məmmədov xorvatiyalı Mirsad Ahmedi ilə döyüşdə çətinlik çəkməyib. Həmyerlimiz ikinci raundda rəqibini noqdauna salıb. Nəticədə, hər üç hakim qələbəni Məmmədova verib - 30:26, 30:26, 30:26. Boksçumuz 18 finalda moldovalı Vyaçeslav Qojanla qarşılaşacaq.
 
Tamerlan Abdullayev də (69 kq) ilk döyüşdə qələbə qazanıb. Milli komandamızın üzvü bu çəki dərəcəsinin favoritlərindən sayılan macarıstanlı Balasz Başkaini məğlub edib. Abdullayev 18 finalda yunanıstanlı Pavlos Tsaqrakosla üz-üzə gələcək.
 
İyunun 3-də Azərbaycan boksçularından Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Rauf Rəhimov (81 kq) rinqə çıxacaq. Məmişzadə axşam seansında ispaniyalı Xose de la Nieva ilə, Hacəliyev günorta seansında ukraynalı Vyaçeslav Kislintsinlə, Rəhimov isə hollandiyalı Peter Mellenberqlə görüşəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.