1 iyun 2013 18:56

Avropa çempionatında ilk rəqiblərimiz bəlli oldu

Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkə əsasən Azərbaycan idmançıları yalnız yarışın ikinci günündə rinqə çıxacaqlar.
 
İlk olaraq boksçularımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev döyüşəcək. Həmyerlimiz uelsli Cozef Kordina ilə qarşılaşacaq. İsayev bu döyüşdə qalib gəlsə, 2009-cu ilin dünya çempionu bolqarıstanlı Detelin Dalakliyevlə üz-üzə gələcək. Təcrübəli Samir Məmmədov da iyunun 2-də rinqə çıxacaq. 2007-ci ilin dünya çempionatının mükafatçısı xorvatiyalı Mirsad Ahmedi ilə döyüşəcək. Soltan Migitinovun ailəsində faciə baş verdiyindən onu son anda əvəzləyən Elnur Süleymanovu (75 kq) ilk mərhələdəcə çətin sınaq gözləyir. Boksçumuz ilk görüşünü Ermənistan təmsilçisi Arman Hovhikyana qarşı keçirəcək. Süleymanovun bu yaxınlara qədər 69 kq çəki dərəcəsində çıxış etdiyini nəzərə alsaq, ilk qarşılaşma onun uçün asan olmayacaq. İyunun 2-də mübarizəyə qoşulacaq boksçularımızdan biri də Tamerlan Abdullayevdir. Onu 2010-cu ilin Avropa çempionu macarıstanlı Balasz Başkai ilə görüş gözləyir.
 
Qeyd edək ki, Avropa çempionatında 38 ölkənin 208 idmançısı mübarizə aparır.
 
Azərbaycan idmançılarının rəqibləri
 
49 kq. Salman Əlizadə - David Albridian (İsrail) – 4 iyun
52 kq. Elvin Məmişzadə - Xose de la Nieve Linares (İspaniya) – 3 iyun
56 kq. Samir Məmmədov – Mirsad Ahmedi (Xorvatiya) – 2 iyun
60 kq. Elvin İsayev – Cozef Kordina (Uels) – 2 iyun
64 kq. Heybətulla Hacəliyev – Vyaçeslav Kislitsin (Ukrayna) – Aleksandros Tsanikidis Yunanıstan) – 3 iyun
69 kq. Tamerlan Abdullayev – Balasz Başkai (Macarıstan) – 2 iyun
75 kq. Elnur Süleymanov – Arman Hovhikyan (Ermənistan) – 2 iyun
81 kq. Rauf Rəhimov – Petr Mullenberg (Hollandiya) – Cohn Osueke (İngiltərə) – 3 iyun
91 kq. Teymur Məmmədov – Eugenius Tutkus (Litva) – Marko Kaliç (Xorvatiya) – 4 iyun
91+kq. Məhəmmədrəsul Məcidov – Aleksey Zavatin (Moldova) – Mihay Nestor (Rumıniya) – 5 iyun 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.