27 may 2013 18:45

Yığmamızın AÇ-yə gedəcək heyəti açıqlandı

İyunun 1-də Belarusun paytaxtı Minskdə boks üzrə böyüklər arasında növbəti Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yarışda tam heyətlə çıxış edəcək.
 
Heyətdə son Olimpiya oyunlarının bürünc mükafatçıları Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91+kq), eləcə də Avropa çempionu Salman Əlizadə ilə  (49 kq), qitə çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev də (64 kq) var. Bir sözlə, millimizin heyətini tam optimal saymaq olar. Qeyd edək ki, boksçularımız əvəllcə Qırğızıstanda – İsıkkul gölü sahilində ümumi fiziki hazırlıq keçiblər. Daha sonra isə Kiyevdə - Konça Zaspa Olimpiya Mərkəzində bir neçə ölkənin boksçuları ilə birgə toplanışda iştirak ediblər.  Xatırladaq ki, 2011-ci ildə Ankara keçirilən Avropa çempionatında Salman Əlizadə və Teymur Məmmədov qızıl, Heybətulla Hacəliyev isə bürünc medal qazanmışdılar.
 
Azərbaycan milli komandasının heyəti
49 kq – Salman Əlizadə
52 kq – Elvin Məmişzadə
56 kq – Samir Məmmədov
60 kq – Elvin İsayev
64 kq – Heybətulla Hacəliyev
69 kq – Tamerlan Abdullayev
75 kq – Soltan Migitinov
81 kq – Rauf Rəhimov
91 kq – Teymur Məmmədov
91+kq – Məhəmmədrəsul Məcidov
 
Qeyd edək ki,  75 kq çəki dərəcəsində dəyişiklik edilə bilər. Belə ki, Soltan Migitinovun ailəsinə bu günlərdə faciə üz verib. Qaz partlaması nəticəsində, boksçunun az yaşlı uşağı dünyasını dəyişib. Həyat yoldaşı və digər 2 uşağı isə hazırda xəstəxanadadır. Azərbaycan Boks Federasiyası bununla bağlı Migitinova və onun yaxınlarına dərin hüznlə başsağlığı verirlər. 
 
Avropa çempionatının təqvimi
 
1 iyun
 
07.00-09.00 – Çəki mərasimi
08.30-09.00 – Hakimlər üçün tibbi müayinə
11.00 -12.00 – Püşkatma mərasimi
15.00-18.00 – Təsnifat mərhələsinin döyüşləri
19.00-19.30 – Açılış mərasimi
19.30 – 22.00 – Təsnifat mərhələsinin döyüşləri
 
2 iyun
 
14.00 – 18.00 – Təsnifat mərhələsinin döyüşləri
19.00 – 22.00 – Təsnifat mərhələsinin döyüşləri
 
3 iyun
 
14.00 – 18.00 - Təsnifat mərhələsinin döyüşləri
19.00 – 22.00 - Təsnifat mərhələsinin döyüşləri
 
4 iyun
 
14.00 – 18.00 – ¼ final mərhələsinin döyüşləri
19.00 – 22.00 – ¼ final mərhələsinin döyüşləri
 
5 iyun
 
14.00 – 18.00 – ¼ final mərhələsinin döyüşləri
19.00 – 22.00 – ¼ final mərhələsinin döyüşləri
 
6 iyun
 
İstirahət günü
 
7 iyun
 
14.00 – 18.00 – Yarımfinal mərhələsinin döyüşləri
19.00 – 22.00 – Yarımfinal mərhələsinin döyüşləri
 
8 iyun
 
14.00 – 19.00 – Final döyüşləri. Mükafatlandırma mərasimi

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.