15 may 2013 14:38
Boks 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının proqramına daxil edildi
Boks idman növü 2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının proqramına daxil edilib. Azerisport.az xəbər verir ki, bu qərar Beynəlxalq Boks Federasiyasının (AİBA) İcraiyyə Komitəsinin Qazaxıstanda keçirilmiş iclasında qərara alınıb.
Artıq bu haqda qərar Avropa Olimpiya Komitəsinə (AOK) ünvanlanıb.
Ötən ay AOK-un Əlaqələndirmə Komissiyasının Bakıda keçirilmiş iclasında Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikke boks idmanın növünün Avropa Oyunlarının siyahısına salınması ilə bağlı müzakirələrin aparıldığını diqqətə çatdırmışdı.
