4 may 2013 11:32

Dünya çempionumuz yenidən rinqə çıxır!

Mayın 6-da Masallı İdman Olimpiya Kompleksində "WBC Intercontinental Cup" və Ümummilli Lider Heydər Əliyevin 90 illik Yubileyinə həsr olunmuş "WBCA (Aliyev) Gold Belt" versiyası üzrə peşəkar boks üzrə yüngül çəkidə çempionluq döyüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, 12 raunddan ibarət qarşılaşmada Azərbaycanı Lənkəranlı Rauf Ağayev təmsil edəcək. Onun rəqibi gürcü Georgi Qaçeçiladze olacaq.
 
“Zirvə” İdman Klubunu təmsil edən Rauf Ağayev dünyaca məşhur boksçudu. Ötən il mayın 10-da Almaniyanın Vaysvay şəhərində ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş WBCA seriyalı peşəkar boks kəməri üzrə dünya çempionatı keçirilirdi. Bu yarışda çempion adını qazanan Rauf, adını tarixə yazdıra bildi. Böyük boks ənənəsinə malik Lənkəran boks məktəbinin yetirməsi olan Ağayev, yenidən rinqə çıxır.
 
Rauf 1983-cü il avqustun 12-də Lənkəran rayonun Urgə kəndində anadan olub. 1990-ci ildə Teymur Zamanov adına kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin təbiət fakultəsinin biologiya bolməsinə daxil olub. Boksa məhəbbəti onu 1998-ci ildə Liman səhərində fəaliyyət göstərən “Neftçi” idman klubuna gətirib. Burada Respublikanın Əməkdar məşqçisi Əlizadə Əsədovun rəhbərliyi altinda ilk addımlarını atıb. Boksun əlifbasına burada yiyələnib. İlk uğuru 2001-ci ildə keçirilən Gənclər arasinda Respublika birinciliyinə təsadüf edib. Bu qələbədən sonra yığma komandanın məşqçiləri onu komandanın tərkibinə daxil ediblər. Yığma komandada Azərbaycanın Əməkdar məşqçisi Yadigar Məmmədovun rəhbərliyi altinda məşqlərimi davam etdirib. 2001-ci ildən 2008-ci ilə qədər Azərbaycan yığma komandasının üzvü olub.
 
Bu illər ərzində Rauf Ağayev dəfələrlə Respublika, beynəlxalq yarislarinda uğurla çıxış edərək yarışların qalibi və mukafatçısı olub. Uzun müddətdi “Zirvə” İdman Klubunun şərəfini qoruyan Raufu peşəkar boks həmişə maqnit kimi özünə çəkib. Raufun dediklərindən: “Başlıca məqsədim pesəkar boksda dunya cempionlugunu qazanmaq idi. Bu məqsədlə Rusiyanin Moskva səhərində peşəkar boksla məşgul olmaga basladım. İlk döyüşümü 2010-cu il aprelin 1-də Sankt-Peterburq şəhərində keçirmişəm. Həmin döyüşdə estoniyali rəqibin uzərində qələbə çaldım. İndiyədək peşəkar boksda keçirdiyim 15 döyüşdən 14-də qələbə qazanmışam ki, bunlardan 3-nü erməni rəqiblər üzərində nokautla qalib gəlmişəm”.
 
Əlavə edək ki, həmyerlimiz Asiya WBO, WBCA, WBC dünya kəmərlərinin sahibidir. İlk dəfə Azərbaycana WBC dünya kəmərini məhz Rauf Ağayev qazandırıb.
 
Bütün idmansevərlər mayın 6-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək döyüşü izləməyə dəvət olunur. Boksçumuza dəstək olaq!

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.