29 mart 2013 00:23

Fariz Məmmədov: Hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdi

Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədovun ötən həftə 2013-cü ildə keçirdiyi ilk reytinq döyüşündə - təcrübəli polşalı boksçu Mariuzs Biskupski üzərində qələbə qazanması barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, ötən gün boksçumuz vətənə qayıdıb.
 
Fariz Məmmədovu hava limanında ölkə bokssevərləri və media nümayəndələri qarşılayıb. Qalib boksçumuza çələng təqdim olunub. Daha sonra isə Məmmədovun iştirakı ilə media nümayəndələri üçün qısa brifinq təşkil edilib. Sualları cavablandıran Fariz Məmmədov diqqətə görə bokssevərlərə və ölkə kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirib. Döyüş barədə medianı məlumatlandıran boksçu döyüşün çətin keçdiyini, amma ağır məşqlər sayəsində qələbə qazandığını söyləyib:
 
“Döyüşə qədər bir sıra fiziki və psixoloji problemlərlə üzləşdim. Ağır məşqlərdə əlim zədələndi. Daha sonra yaxın dostum, “Qəbələ”nin sabiq əməkdaşı, keçmiş boksçu Mübariz Nəcəfov dünyasını dəyişdi. Bu hadisə mənə çox ağır təsir etdi. Mübarizlə Almaniyaya birlikdə getməliydik. Hətta onun adını məşqçi kimi iştirak ərizəsinə də salmışdıq. Amma əcəl buna imkan vermədi. Öncədən də bu görüşdə Mübarizin adına döyüşəcəyimi demişdim. Çətin döyüş olacağını bilirdik. Rəqibim peşəkar araneda məndən daha təcrübəli idi. Həmd olsun ki, döyüşdən üzüağ çıxmağı bacardım. Qələbəni Mübarizə həsr edirəm”.
 
Gələcək planlar barədə danışan Fariz Məmmədov qarşıda onu maraqlı döyüşlərin gözlədiyini, Avropa çempionu olmaq istədiyini bildirib:
 
“Maraqlı təkliflər var. Bu təkliflər üzərində düşünürük. Bildiyiniz kimi mən karyeram ərzində bir sıra titullara sahib çıxmışam. Hazırda hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdir və bu istiqamətdə irəliləyirəm. Hazırda Avropada reytinqdə ikinci sıradayam. Mayda mühüm döyüşüm planlaşdırılır. Amma rəqibim hələ ki, müəyyənləşməyib. Bilirəm ki rəqiblərim getdikcə ciddiləşir. Bundan əlavə dekabr ayında Azərbaycanda ilk dəfə Bakıda Avropa kəməri uğrunda döyüşüm gözlənilir. Məndən başqa boksçumuz Azad Əzizovun da döyüşməsi planlaşdırılır. Həmin görüşlər “Eurosport” kanalı vasitəsilə canlı yayımlanacaq”.
 
Sonda Fariz Məmmədov hazırlığında önəmli rol oynayan məşqçilərinə və “Qəbələ” Futbol Klubuna təşəkkürünü bildirib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.