28 mart 2013 19:17

Yığmamızın aparıcı üzvləri ikinci döyüşlərində məğlub oldular

Ukraynanın Xerson şəhərində Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günündə Cavid Çələbiyev (56 kq) növbəti qələbəsini qazanıb.
 
Milli komandamızın üzvü rusiyalı Oleq Suşevskini çətinlik çəkmədən məğlub edib – 19:5. Çələbiyev yarımfinalda ukraynalı Oleq Prudki ilə üz-üzə gələcək. Superağır çəki dərəcəsində yarışan Kamran Mehdiyev yarışa qələbə ilə başlayıb. Həmyerlimiz Ukrayna idmançısı Konstantin Çernış üzərində 15:6 hesabı ilə qələbə qazanıb. Onun növbəti rəqibi qazaxıstanlı Jan Kosobutski olacaq.
 
Avropa çempionu Salman Əlizadə (52 kq) ilk döyüşdəcə uduzaraq, yarışdan kənarda qalıb. O, Bakıda keçirilən dünya çempionatının bürünc mükafatçısı Casurbek Latipova (Özbəkistan) uduzub -  8:17.
 
Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Soltan Migitinov (75 kq) ilk döyüşdə qələbə qazansalar da, ikinci görüşdə məğlubiyyətlə üzləşiblər. İsayev bərabər səviyyədə keçən görüşdə Ukrayna təmsilçisi Dmitri Çernyaka 1 xal fərqlə (16:17) yenilib. Tamerlan Abdullayev də qazaxıstanlı Baxıtjon Kojabekova kiçik fərqlə məğlub olub – 13:15. London Olimpiadasının iştirakçısı Soltan Migitinov da türkiyəli Adem Kiliccıya 1 xal fərqlə uduzub – 10:11.
 
Təssüff ki, yarış London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) üçün uğursuz alınıb. Zədədən hələ tam şəkildə sağalmayan boksçumuz özbəkistanlı Rüstəm Tulaqanovla döyüşdən məğlub ayrılıb – 8:14.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.