27 mart 2013 18:47

Azərbaycan təmsilçiləri qələbə ilə başladılar

Ukraynanın Xerson şəhərində Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, yarışda Ukrayna, Azərbaycan, Gürcüstan, Türkiyə, Misir, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya, Ermənistan komandaları iştirak edirlər.

Yarışın ilk günündə rinqə çıxan boksçularımızın hamısı qələbə qazanıblar. 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev ilk döyüşünü qalibiyyətlə başa vurub. Son Azərbaycan çempionatının bürünc mükafatçısı ukraynalı Anton Kosseni 10:7 hesabı ilə məğlub edib.
 
Tamerlan Abdullayev də (69 kq) yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu moldovalı Valeri Sirbu ilə döyüşdə çətinlik çəkməyib - 18:8.
 
Ötən il 21 yaşlılar arasında Avropa çempionu olmuş Elvin İsayev də (60 kq) ilk görüşdə məşqçilərimizin etimadını doğruldub. Milli komandamızın üzvü Rusiya idmançısı Sergey Krasnitskini 13:8 hesabı ilə üstələyib.
 
London olimpiadasının iştirakçısı Soltan Migitinov (75 kq) ilk mərhələni qələbə ilə başa vurub. O, Ukrayna boksçusu Vladislav Voytalyuku yarışdan kənarlaşdırıb - 16:11.
 
Qeyd edək ki, turnirdə Salman Əlizadə, Teymur Məmmədov və Kamran Mehdiyev də iştirak edirlər. Yarışa martın 30-da yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.