24 mart 2013 12:52
Fariz Məmmədov Berlində qələbə qazandı
Azərbaycanın peşəkar boksçusu, “Qəbələ” boks klubunu təmsil edən Fariz Məmmədov 2013-cü ildə keçirdiyi ilk döyüşdə qələbə qazanıb. Azerisport.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlinin “Merkur” arenasında baş tutan döyüşdə Məmmədovun rəqibi 36 yaşlı polşalı boksçu Mariuş Biskupski olub.
Altı raundluq reytinq döyüşü idmançımızın xal hesablı qələbəsi ilə başa çatıb. Yeri gəlmişkən, Məmmədov rəqibini iki dəfə noqdauna salıb.
Xatırladaq ki, bu, səkkiz illik fasilədən sonra Məmmədovun peşəkar rinqdə ikinci döyüşü olub. Bundan əvvəl o, erməni boksçu Jeqise Tomazyana nokautla qalib gəlmişdi.
