10 mart 2013 00:12

Azərbaycanın doqquz təmsilçisi finalda!

Bakı İdman Sarayında keçirilən boks üzrə “Böyük İpək Yolu” turnirində finalçılar bəlli olub. Azerisport.az xəbər verir ki, doqquz boksçumuz həlledici görüşdə iştirak etmək hüququ qazanıb.
 
Avropa çempionu Salman Əlizadə yarımfinalda çətinlik çəkmədən Qazaxıstan təmsilçisi Raşid Salautovu məğlub edib – 22:7. 
 
2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Elvin Məmişzadə də (52 kq) finala yüksəlib. Həmyerlimiz yarımfinalda qazaxıstanlı Nurqazi Jasipovu çətinliklə üstələyib – 13:11. 
 
56 kq çəki dərəcəsində finalda iki Azərbaycan boksçusu – Samir Məmmədov və İlkin Ağayev üz-üzə gələcək. Son ölkə çempionatında da bu iki boksçu finalda qarşılaşmış və daha təcrübəli Məmmədov qalib gəlmişdi. 
 
Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də finalda iştirak edəcək. Millimizin üzvü rusiyalı Maksud Aşxakxanov üzərində 17:13 hesabı ilə qələbə qazanıb. 
 
Gənclər arasında Avropa çempionu Rauf Rəhimov yarımfinalda Qazaxıstan nümayəndəsi Azman Risbeki çətinliklə məğlub edib – 13:11. Onun finaldakı rəqibi özbəkistanlı Boburbek Yoldaşev olacaq. 
 
Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov ikinci döyüşünü də nokautla başa vurub. Bu dəfə onun rəqibi Qazaxıstan idmançısı Kanşubek Kunkabayev olub. İkinci raunddan sonra Məcidov 1 xal fərqlə öndə olsa da, həlledici hissədə o rəqibini təslim olmağa məcbur edib. Qeyd edək ki, Məcidov ¼ finalda Gürcüstan boksçusu Mixail Baxtidze üzərində də aşkar üstünlüklə qələbə qazanmışdı. 
 
Yarımfinal döyüşlərinin nəticələri 
 
49 kq 
Raşid Salautov (Qazaxıstan) 7:22 Salman Əlizadə (Azərbaycan) 
Bator Saqaluyev (Rusiya) – David Nanava (Gürcüstan) Nanava rinqə çıxmayıb 
 
52 kq 
Nurqazi Jasipov (Qazaxıstan) 11:13 Elvin Məmişzadə (Azərbaycan) 
Şaxobiddin Zoirov (Özbəkistan) 8:3 Əbdürrəhman Şirinov (Azərbaycan) 
 
56 kq 
Kamran Orucov (Azərbaycan) 12:14 Samir Məmmədov (Azərbaycan) 
Georg Qoqatişvili (Gürcüstan) 9:12 İlkin Ağayev (Azərbaycan) 
 
60 kq
Elnur Əliyev (Azərbaycan) – Burak Taştan (Türkiyə) Taştan zədələndiyindən döyüşü davam etdirə bilməyib 
Maksim Şmıqlov (Rusiya) 17:12 Jaksiluk Ilyasov (Qazaxıstan) 
 
64 kq 
Heybətulla Hacəliyev (Azərbaycan) 17:13 Maksud Aşxanov (Rusiya) 
Salman İbrahimov (Azərbaycan) 10:11 Janibek Ajibay (Qazaxıstan) 
 
69 kq 
Orxan Şhabandiyev (Azərbaycan) – Boqdan Şelestyuk (Ukrayna) Şelestyuk tam üstünlüklə qalib gəlib 
Madiyar Akseyev (Qazaxıstan) 15:9 Süleyman Sissoko (Fransa) 
 
75 kq 
Nurdavlet Jarmanov (Qazaxıstan) 16:8 Aziz Açilov (Türkmənistan) 
Mehmed Başar Başak (Türkiyə) 6:8 Eldar Quliyev (Azərbaycan) 
 
81 kq
Azman Risbek (Qazaxıstan) 11:13 Rauf Rəhimov (Azərbaycan) 
Vətən Hüseynli (Azərbaycan) – Boburbek Yoldaşev (Özbəkistan) Hüseylni görüşə gəlməyib 
 
91 kq 
Toğrul İsayev (Azərbaycan) 9:6 Sardor Yormukamedov (Özbəkistan) 
Zelimxan Quşiqov (Qazaxıstan) 9:20 Mənsur Sərdalov (Rusiya) 
 
91 kq+ kq 
Ali Baloyev (Qazaxıstan) 6:7 Aleksandr Babiç (Ukrayna) 
Kansubek Kunkabayev (Qazaxıstan) - Məhəmmədrəsul Məcidov (Azərbaycan) Məcidov tam üstünlüklə qalib gəlib  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.