7 mart 2013 14:25

Milli komandamızın üzvləri dörd qələbə qazandılar

Bakı İdman Sarayında boks üzrə “Böyük İpək Yolu” ənənəvi beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, yarışda 11 ölkənin 118 boksçusu iştirak edir. Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qətər, Fransa, Gürcüstan və İran idmançıları da qələbə uğrunda mübarizə aparırlar.
 
Yarışın ilk günündə milli komandamızın aparıcı boksçularından Samir Məmmədov, Cavid Çələbiyev, İlkin Ağayev, Heybətulla Hacəliyev və Emil Əhmədov rinqə çıxıb. 2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov (56 kq) ilk görüşdə Türkmənistan təmsilçisi Yakub Meredovu 14:10 hesabı ilə məğlub edib. İlkin Ağayev də (56 kq) yarışa qələbə ilə başlayıb. Millimizin üzvü Qətər idmançısı Othman Jomaa üzərində asan qalibiyyət əldə edib – 20:3.
 
Avropa çempionatının bürünc mükfatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də (64 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz özbəkistanlı Bobur Aytbayevi 17:11 hesabı ilə məğlub edib. 75 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov da növbəti mərhələyə vəsiqə qazanıb. Boksçumuz Qətər nümayəndəsi Hzam Əhməd Nabahı 15:5 hesabı ilə üstələyib. Cavid Çələbiyev (56 kq) yarışla erkən vidalaşmalı olub. Bu yaxınlarda “Strandja” turnirində bürünc medal almış həmyerlimiz gürcüstanlı Georg Qoqatişviliyə 11:12 hesabı ilə uduzub.
 
“Böyük İpək Yolu” turnirinə martın 10-da yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.