4 mart 2013 11:55
Azərbaycan təmsilçisi 1-ci yeri tutdu, Ukrayna klubuna rəqib oldu (VİDEO)
Dünya Boks Seriyası (WSB) Liqasının növbəti turu çərçivəsində Azərbaycanın “Baku Fires” komandası “Poland Hussars” kollektivi ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, komandamız bu görüşdən inamlı qələbə ilə ayrılmağı bacarıb.
Təmsilçimiz səfərdə 5:0 hesablı qələbəyə imza atıb. Beləcə, Azərbaycan klubu öz yarımqrupunu ilk pillədə başa vurmağa nail olub.
Qeyd edək ki, artıq “Baku Fires”in növbəti rəqibi də müəyyənləşib. Pley-off mərhələsində təmsilçimizi Ukraynanın “Ukraine Otomans” klubu ilə görüş gözləyir. İlk görüş martın 22-də Ukraynada, cavab qarşılaşmaları isə bir həftə sonra Bakıda keçiriləcək.
