28 fevral 2013 01:46

Azərbaycan millisi Almaniyada keçiriləcək beynəlxalq turnirə yola düşür

Boks üzrə qadınlardan ibarət milli komandamız 14 gün Qəbələ Olimpiya Kompleksində təlim-məşq toplanışı keçdikdən sonra Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, komandamız fevralın 28-dən martın 3-dən Almaniyanın Hamburq şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlığını artıq başa vurub.
 
Azərbaycan Boks Federasiyasının yaydığı məlumata görə, orada baş məşqçi Şamil Məhəmmədbəyovun rəhbərliyi altında 7 boksçumuz - Ceyran Dadaşova (48 kq), Anaxanım Ağayeva (51 kq), Alina Hacıyeva (81+kq), Əzizə Abbasova (51 kq), Leyla Həsənova (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq+) mübarizə aparacaqlar. Bu yarışın yekunlarına əsasən 3 boksçumuz apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Feliks Stamın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə güclərini sınayacaqlar.
 
Qeyd edək ki, qadın boksçularımız üçün 2013-cü ilin ilk yarısının ən önəmlisi yeniyetmə və gənclər qızlar arasında dünya birinciliyidir. Bu yarışın mayda İtaliyanın Kataniya şəhərində keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı ölkə maliyyə çətinliyinə görə bundan imtina edib. AIBA hazırda dünya birinciliyini keçirmək üçün digər federasiyalarla danışıq aparır.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.