23 fevral 2013 15:23
Azərbaycan təmsilçisi ilk məğlubiyyətinə üzüldü (VİDEO)
Dünya Boks Seriyası (WSB) Liqasının növbəti turu çərçivəsində Azərbaycanın “Baku Fires” komandası Meksikanın “Mexico Guerreros” kollektivi ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, komandamız bu görüşdə ilk dəfə məğlubiyyətlə üzləşib.
Bu görüşə qədər qələbələri sıralayan təmsilçimiz meksikalılara böyük hesabla uduzub – 0:5.
Amma buna baxmayaraq, komandamız hələ də liderliyini qoruyur.
Turnir cədvəlindəki son durum: Baku Fires – 24 очков, Mexico Guerreros – 19, Poland Hussars – 12, Argentina Condors – 6, Russia Boxing Team – 6, Desert Hawks – 6.
