22 fevral 2013 19:36

İsayev yarımfinalda! (FOTO)

Bolqarıstanda boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü Elvin İsayev (64 kq) ikinci görüşdə də qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb.
 
Boksçumuz ¼ final mərhələsində özbəkistanlı Şahram Qiyasovla üz-üzə gəlib. İsayev döyüşü 1 xal fərqləi öz xeyrinə başa vurub – 16:15. Həmyerlimiz bu gün keçiriləcək yarımfinal qarşılaşmasında Belarus idmançısı Rüstəm Odinayevlə görüşəcək. Qeyd edək ki, yarımfinalda milli komandamızın daha 3 üzvü rinqə çıxacaq. Günorta proqramında millimizin ən gənc üzvü Münasib Məmmədov (49 kq) bolqarıstanlı Tinko Banabakovla döyüşəcək.
 
Cavid Çələbiyevin (56 kq) rəqibi isə daha güclü idmançı olacaq. Boksçumuz 2007-ci ilin dünya çempionu rusiyalı Sergey Vodopyanovla üz-üzə gələcək.
 
Axşam proqramında isə Əbdürrəhman Şirinov öz bacarığını nümayiş etdirəcək. 52 kq çəki dərəcəsində yarışan həmyerlimiz Özbəkistan təmsilçisi Olim Husanboevi məğlub etməyə çalışacaq. Final döyüşləri fevralın 23-də keçiriləcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.