18 fevral 2013 11:48
Azərbaycan Qazaxıstanda 3-cü oldu
Astanada keçirilən boks yarışlarında Azərbaycan, Qazaxıstan, Ukrayna və Özbəkistan yığma komandalarının görüşləri başa çatıb. Azerisport.az xəbər verir ki, gərgin keçən yarışlarda Azərbaycandan 18 idmançı iştirak edib.
Turnirdə Qazaxıstan idmançıları birinci, Özbəkistan ikinci, Azərbaycan üçüncü, Ukrayna boksçuları dördüncü yerləri tutublar.
Yarışların hakimləri arasında Azərbaycanlı beynəlxalq dərəcəli hakim Nazim Mirhüseynov da olub.
