15 fevral 2013 19:01

Boksçularımız rinqə ilk dəfə baş geyimi olmadan çıxdılar və fiaskoya uğradılar

Qazaxıstanın Astana şəhərində 4 ölkənin milli komandalarının iştirakı ilə beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, boks üzrə yığma komandamızın ilk rəqibi meydan sahibləri olub.
 
Təəssüf ki, qarşılaşma millimiz üçün uğursuz alınıb - 1:9. 10 döyüşün doqquzunda yerli idmançılar qalib gəliblər. Yalnız 91 kq çəki dərəcəsində Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov Anton Pinçuk üzərində qələbə qazanıb.
 
Digər görüşlərdə boksçularımızdan Münasib Məmmədov (49 kq), Kamran Məlikov (52 kq), İlkin Ağayev (56 kq), Şaban Şahpələngov (60 kq), Heybətulla Hacəliyev (64 kq), Tamerlan Abdullayev (69 kq), Emil Əhmədov (75 kq), Rauf Rəhimov (81 kq) və Kamran Mehdiyev (91+kq) qazaxıstanlı rəqiblərinə uduzublar. Yerli komandada Birjan Jakipov, İlyas Süleymanov, Kayrat Yeraliyev, Berik Əbdürrəhmanov, Merey Akşalov, Daniyar Yeleusinov, Janibek Alimxanulı, Adilbek Niyazimbetov və İvan Dıçko qalib gəlib.
 
Qeyd edək ki, boksçularımız bu yarışa ilk dəfə olaraq baş geyimi olmadan çıxıblar.
 
Özbəkistan milli komandası Ukraynanı 8:2 hesabı ilə məğlub edib.
 
Bu gün boksçularımız Ukrayna idmançıları ilə qarşılaşacaqlar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.