14 fevral 2013 17:46
Azərbaycanın Qazaxıstanla qarşılaşma üçün heyəti açıqlandı
Fevralın 14-də Qazaxıstanda boks üzrə beynəlxalq turnir başlayıb. Azerisport.az xəbər verir ki, komanda yarışında millimizin ilk rəqibi Qazaxıstan yığması olacaq.
Artıq hər iki komandanın heyəti açıqlanıb. Millimizin baş məşqçisi Vladimir Zolotaryov Qazaxıstan millisi ilə döyüşdə Münasib Məmmədov (49 kq), Əbdürrəhman Şirinov, Kamran Məlikov (hər ikisi 52 kq), Samir Məmmədov, İlkin Ağayev (hər ikisi 56 kq), Elvin İsayev, Şaban Şahpələngov (hər ikisi 60 kq), Heybətulla Hacəliyev (64 kq), Tamerlan Abdullayev (69 kq), Sultan Migitinov, Emil Əhmədov (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq), Kamran Mehdiyev və Əsxab Abdulxaliqova (hər ikisi 91 kq-dan yuxarı) şans verəcək.
Qazaxıstan millisinin heyətində Birjan Jakipov (49 kq), İlyas Süleymanov (52 kq), Kayrat Yeraliyev (56 kq), Berik Abdraxmanov (60 kq), Merey Akşalov (64 kq), Daniyar Yeleusinov (69 kq), Janibek Alimxanulı (75 kq), Adilbek Niyazimbetov (81 kq), Anton Pinçuk (91 kq) və İvan Dıçko (91 kq-dan yuxarı) yer alıblar.
Millimiz fevralın 15-də Ukrayna, 17-də isə Özbəkistan komandaları ilə qarşılaşacaq.
