6 fevral 2013 17:30

Yığmamız Qazaxıstana yollandı

Boks üzrə milli komandamız təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak etmək üçün Qazaxıstana yollanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamız fevralın 12-dək yerli komanda ilə birgə hazırlıq keçəcək.
 
Fevralın 14-də isə 4 komanda – Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ukraynanın iştirak edəcəyi beynəlxalq turnirə start veriləcək. Yarış fevralın 17-dək davam edəcək. Döyüşlər hər gün yerli vaxtla saat 14:00-da və 17-də Astana şəhərindəki “Daulet” idman kompleksində keçiriləcək.
 
Komandamızın heyəti
49 kq: Münasib Məmmədov
52 kq: Tural Əhmədov, Əbdürrəhman Şirinov
56 kq: Samir Məmmədov, İlkin Ağayev, Cavid Çələbiyev
60 kq: Şaban Şahpələngov, Elvin İsayev
64 kq: Heybətulla Hacəliyev
69 kq: Tamerlan Abdullayev, Bəhruz Babayev
75 kq: Soltan Migitinov, Emil Əhmədov
81 kq: Rauf Rəhimov
91 kq: Teymur Məmmədov
91+kq: Kamran Mehdiyev, Əsxab Abdulxaliqov, Aleksandr Babiç
 
Qeyd edək ki, heyətə cəlb olunanlardan Babiç baş məşqçi Vladimir Zolotaryovun tövsiyyəsi ilə Ukraynadan dəvət olunub. 18 yaşlı gənc boksçunun təlim-məşq toplanışlarında Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev kimi boksçulara sparinq-rəqib olması nəzərdə tutulub.  Ötən il peşəkar boksçu Vladimir Kliçko Darek Çisora ilə döyüşə hazırlaşarkən,  Kiyevdə bir müddət Babiçlə məşq edib. O, Kliçko kimi millimizin baş məşqçisi Vladimir Zolotaryovun yetirməsidir.
 
Dünya çempionu Məhəmmədrəsul Məcidov, Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Abdulqadir Abdullayev  “Baku Fires” klubunun heyətində olduqlarından Qazaxıstana getməyiblər. Avropa çempionu Salman Əlizadə isə xəstəlik səbəbindən toplanışda iştirak etmir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.