3 fevral 2013 00:34
Baku Fires: 7-ci duel, 7-ci zəfər (VİDEO)
Dünya Boks Seriyası (WSB) Liqasının 7-ci turu çərçivəsində Azərbaycanın “Baku Fires” komandası Əlcəzairin “Desert Hawks” kollektivi ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, komandamız bu görüşdən də qələbə ilə ayrılaraq yüz faizlik nəticə ilə liderliyini davam etdirib.
“Baku Fires” bütün duellərdən qalib ayrılıb – 5:0.
54 kq. Maqomed Qurbanov (Rusiya) – Vensan Leqran (Fransa) - 50:44 50:45 50:45
61 kq. Albert Səlimov (Rusiya) – Mohammed Amid Uadaxi (Əlcəzair) - 50:45 50:45 50:45
73 kq. Maqomed Nuruddinov (Belarus) – Abdelmalek Rahu (Əlcəzair) - 50:45 50:45 50:45
85 kq. Vladimir Çeleş (Moldova) – Matye Boderliq (Fransa) - 49:45 49:45 48:46
+91 kq. Əbdülqadir Abdullayev (Azərbaycan) – Çuaib Buludinaç (Əlcəzair) – Rəqibi zədəli olduğu və rinqə çıxmadığı üçün Abdullayev texniki qələbəyə sevinib.
Turnir cədvəlindəki son durum: Baku Fires – 21 очков (7 görüş), Mexico Guerreros – 16 (7), Poland Hussars – 9 (6), Argentina Condors – 7 (6), Россия – 4 (4), Desert Hawks – 2 (6).
