21 yanvar 2013 13:22
Baku Fires Argentina klubu üzərində əzmkar qələbəyə sevindi (VİDEO)
Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində Azərbaycanın “Baku Fires” komandası Argentinada yerli “Argentina Condors” kollektivinin qonağı olub. Azerisport.az xəbər verir ki, komandamız bu görüşdən də qələbə ilə ayrılaraq yüz faizlik nəticə ilə liderliyini davam etdirib.
Amma bu qələbə “Baku Fires”ə heç də asan başa gəlməyib. İlk iki görüşdən sonra meydan sahibləri 2:0 hesabı ilə önə keçsələr də, komandamız əzmkarlıq nümayiş etdirərək görüşü öz xeyrinə başa vurub – 3:2.
