13 yanvar 2013 01:51

Azərbaycanın ən güclüləri bəlli oldu

"Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında ölkə çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, 2007-ci ilin dünya çempionatında bürünc medal qazanan Samir Məmmədov (56 kq) finalda ötən il Neft Ölkələrinin Dünya Kubokunda 3-cü olmuş İlkin Ağayevlə qarşılaşıb.
 
Bərabər mübarizə şəraitində keçən döyüşdə daha təcrübəli Məmmədov qalib gəlib - 16:12.
 
19-22 yaşlılar arasında Avropa çempionatının qalibi Elvin İsayevlə (60 kq) gənclər arasında dünya çempionu Şaban Şahpələngov arasında da döyüş gərginliyi ilə seçilib. Çoxları İsayevdən qələbə gözləsə də, Şahpələngov 6 xal fəqrlə qalib gəlib - 19:13.
 
London olimpiadasının iştirakçısı Vətən Hüseynli (81 kq) gənclər arasında Avropa çempionu Rauf Rəhimova uduzaraq 2-ci yerlə kifayətlənib.
 
Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov (91 kq) növbəti dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Ancaq Məmmədova bu dəfə qələbə heç də asan başa gəlməyib. "Baku Fires" klubunun üzvü Abdulqadir Abdullayev adlı-sanlı rəqibinə ciddi müqavimət göstərib - 19:15.
 
Ümumkomanda hesabında "Rabitə" 1-ci, "Neftçi" 2-ci, "Qızıl Əlcək" isə 3-cü yeri tutub.
 
Final döyüşlərinin nəticələri
 
49 kq
 
Salman Əlizadə (Sədərək) 17:8 Münasib Məmmədov (Rabitə)
 
52 kq
 
Tural Əhmədov (Rabitə) 26:10 Kamran Məlikov (Rabitə)
 
56 kq
 
İlkin Ağayev (Neftçi) 12:16 Samir Məmmədov (Neftçi)
 
60 kq
 
Elvin İsayev (Rabitə) 13:19 Şaban Şahpələngov (Qızıl Əlcək)
 
64 kq
 
Heybətulla Hacəliyev (Rabitə) 24:10 Tapdıq Bayramov (Qızıl Əlcək)
 
69 kq
 
Tamerlan Abdullayev (Rabitə) - Elnur Süleymanov (Qızıl Əlcək) tam üstünlüklə Abdullayev qalib gəlib
 
75 kq
 
Soltan Migitinov (Baku Fires) - Eldar Quliyev (Sərhədçi) tam üstünlüklə Migitinov qalib gəlib
 
81 kq
 
Vətən Hüseynli (Rabitə) 13:17 Rauf Rəhimov (Neftçi)
 
91 kq
 
Teymur Məmmədov (Rabitə) 19:15 Abdulqadir Abdullayev (Baku Fires)
 
91+kq
 
Əsxab Abdulxaliqov (Baku Fires) - Kamran Mehdiyev (Rabitə) Abdulxaliqov 2-ci raundda diskvalifikasiya olunub

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.