13 yanvar 2013 01:42
Azərbaycan təmsilçisindən ardıcıl dördüncü qələbə!
Yanvarın 12-də Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının beşinci turunun növbəti görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turu çərçivəsində Azərbaycanın “Baku Fires” klubu Polşanın “Poland Hussars” komandası ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda Qirbek Qermaxanov Qjeqoj Kozlovski (54 kq), Albert Səlimov Yatsek Vıledolla (61 kq), Mixail Veselov David Pak (73 kq), Ramazan Məhəmmədov Sergey Radçenko (85 kq), Uzaypat İsmayılov isə Yan Sudzilovski (+91 kq) üz-üzə gəlib. Meydan sahiblərinin üstnlüyü şəraitində keçən yarış Azərbaycan boksçularının 5:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, Azərbaycan təmsilçisinin geridə qalan beş oyunda ardıcıl dördüncü qələbəsidi. Komandamız hazırda bu göstərici ilə qrup lideridi.
