25 dekabr 2012 11:53
Azərbaycan yığması birinci oldu
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi 5 qızıl, 4 gümüş və 8 bürünc medalla ümumkomanda hesabında 1-ci yeri tutub.
Boksçularımızdan Məsud Yusifzadə (52 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Nəbi Bağırov (75 kq) və Sadiq Səmədov (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Şəfizadə (49 kq), Elsevər Əzizov (69 kq), Tayfur Məmmədov (91 kq) və Məhəmmədəli Tahirov (91+kq) yalnız final görüşündə uduzaraq, 2-ci yerə layiq görülüblər.
Ümumkomanda hesabında Azərbaycan seçməsindən sonra Qazaxıstan 2-ci, Hindistan isə 3-cü yeri tutub.
