21 dekabr 2012 00:51
Bakıda gənclər arasında turnirə start verildi
Dekabrın 20-də Azərbaycan Texniki Universitetin idman zalında Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi turnir başlayıb. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan və Rusiya komandaları iştirak edirlər.
Bir çox ölkələrin yarışdan imtina etməsi dünya birinciliyinin yeni başa çatması ilə bağlıdı. Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Əbiyevin sözlərinə görə, dünya birinciliyi oktyabrda Tailandda keçirilməli idi. Ancaq bu ölkənin yarışdan imtina etməsi turnirin keçirilmə vaxtına da təsir göstərib.
Azərbaycanın gənclərdən ibarət komandası turnirində 3 heyətlə çıxış edir.
