19 dekabr 2012 14:31
Həmyerlimiz Avropa çempionu oldu
Rusiyanın Kalininqrad şəhərində boks üzrə 19-22 yaşlı idmançılar arasında Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Elvin İsayev (60 kq) həlledici görüşdə Rusiya boksçusu Maksim Şmıqlyovu məğlub edərək qızıl medal qazanıb.
Çempionatda 52 kiloqram çəki dərəcəsində yarışan Avropa çempionu Salman Əlizadə də finalda Rusiya boksçusu ilə qarşılaşıb. Həmyerlimiz xal hesabı ilə Vasili Vetkinə uduzaraq gümüş medalla kifayətlənib.
Daha iki boksçumuz – Cavid Çələbiyev (56 kq) və Heybətulla Hacəliyev (64 kq) bürünc medala sahib olublar.
Beləliklə, milli komandamız ilk dəfə təşkil olunan 19-22 yaşlı boksçuların Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
