18 dekabr 2012 02:17

Məhəmmədrəsul Məcidov: Belə olmasını istəmirdim

London Olimpiadasından sonra ilk dəfə WSB liqasında rinqə çıxan Məhəmmədrəsul Məcidov yenə də parlaq qələbə ilə yadda qaldı. Azerisport.az xəbər verir ki, dünya çempionumuz meksikalı Aleks Riveranı 1-ci raundda nokauta saldı.
 
Ancaq London Olimpiadasının bürünc mükafatçısı bu görüşdə heç də aşkar üstünlüklə qalib gəlmək istəmirmiş. O, uzun fasilədən sonra ən azı 3 raund ərzində özünü rinqdə sınamaq niyyətindəydi.

- Düzünü desəm, belə olmasını istəmirdim. Döyüşün uzanmasını arzu edirdim. Xeyli vaxt idi ki, rinqə çıxmırdım. Bu səbəbdən də mənə təbii ki, yarış təcrübəsi lazım idi. Ancaq hər şey başqa cür alındı. Mən əlimdən nə gəlir rinqdə göstərməyə çalışırdım. İş elə gətirdi ki, artıq birinci raundda nokaut qeydə alındı.
 
- Yanvarda “Baku Fires”-i çətin görüşlər gözləyir. Komanda ardıcıl bir neçə matça çıxacaq. Həm də gələn ilin ilk ayında Rusiya komandası ilə də prinsipial qarşılaşma var. Səni həmin görüşlərdə görə biləcəyikmi?
- Belə fikirləşirəm ki, komandamızın əsas görüşlərində rinqə çıxacam. Məşqçilər mənə böyük ümid bəsləyirlər. Axı  klubun liderlərindən sayılıram. Özüm də istəyirəm ki, ən çətin döyüşlərdə komandama kömək edim. Zəif rəqiblərlə döyüşlər mənə heç bir xeyir gətirməz. Yanvar ayında da məni növbəti dəfə “Baku Fires”in heyətində rinqdə görə biləcəksiz.
 
- Yanvarda həm də boks üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Həmin yarışda iştirak edəcəksənmi?
- Hələ ki bu suala dəqiq cavab verə bilməyəcəm.  Baxaq görək, federasiya və klub rəhbərliyi bununla bağlı nə qərar verəcək. İstənilən vaxt rinqə çıxmağa hazıram. Bununla bağlı heç bir problemim yoxdur. Sadəcə son qərarın necə olacağını gözləyirəm.
 
- Sən həm də AİBA-nın bayrağı altında keçiriləcək Peşəkar Boks Liqası (APB)  ilə müqavilə bağlamısan. Orada ilk döyüşlər nə zaman baş tutacaq?
- APB-də ilk yarışların sentyabrda keçirilməsi nəzərdə tutulur. Sentyabrda Qazaxıstanda boks üzrə dünya çempionatı olacaq. Həmin yarış yekunlaşdıqdan sonra AİBA reqlamenti, qaydaları tam şəkildə müəyyənləşdirəcək.
 
- Belə bir məlumat yayılmışdı ki,  APB ilə müqavilə bağlayan boksçular Avropa çempionatında iştirak edə bilməzlər. Mayda isə Belarusun paytaxtında bizi növbəti qitə çempionatı gözləyir.
- Hələ ki bu qərar da tam dəqiqləşməyib. Ancaq bu olsa belə, sentyabrdan sonra olacaq. Çünki AİBA bununla bağlı qərarı dünya çempionatından sonra verəcək. Mayda keçiriləcək Avropa çempionatında çıxış etmək istəyirəm. Mənim kolleksiyamda Olimpiya oyunlarının, dünya çempionatının medalları var. Hələ ki qitə çempionatında iştirak etməmişəm. Avropa çempionatında da qızıl medal qazanmaq arzusundayam. Dünya çempionu kimi hər kəs məndən bunu gözləyir. İnşallah Minskdəki yarışda bu istəyimə çatmağa çalışacam.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.