16 dekabr 2012 12:39
Baku Firesin ardıcıl 3-cü zəfəri (VİDEO)
Xəbər verdiyimiz kimi, dekabrın 15-də Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının üçüncü turu çərçivəsində Azərbaycanın “Baku Fires” klubu Meksikanın “Mexico Guerreros” komandası ilə üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda Məhəmməd Qurbanov (54 kq, Azərbaycan) Kristian Torres (Meksika) ilə, Albert Səlimov (61 kq) Fernando Diasla, Məhəmməd Nuritdinov (73 kq) Konrad Komminqslə, Hacımurad Nəsrəddinov (85 kq) İsaak Quterreslə və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) isə Aleks Rivera ilə qarşılaşıblar və bütün görüşlərində qalib gələrək, darmadağına imza atıblar – 5:0.
