16 dekabr 2012 00:54
Azərbaycan təmsilçisindən ardıcıl üçüncü qələbə
Dekabrın 15-də Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının üçüncü turunun növbəti görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turu çərçivəsində Azərbaycanın “Baku Fires” klubu Meksikanın “Mexico Guerreros” komandası ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda Məhəmməd Qurbanov (54 kq, Azərbaycan) Kristian Torres (Meksika) ilə, Albert Səlimov (61 kq) Fernando Diasla, Məhəmməd Nuritdinov (73 kq) Konrad Komminqslə, Hacımurad Nəsrəddinov (85 kq) İsaak Quterreslə və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) isə Aleks Rivera ilə qarşılaşıblar.
Meydan sahiblərinin üstnlüyü şəraitində keçən yarış Azərbaycan boksçularının 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, Azərbaycan təmsilçisinin geridə qalan üç oyunda ardıcıl üçüncü qələbəsidi. Komandamız qrup lideridi.
