14 dekabr 2012 00:08
Azərbaycan millisinin üç üzvü yarımfinalda
Qazaxıstanda keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirdə Azərbaycan milli komandasının 3 üzvü yarımfinala vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Yelena Vıstropovanın (69 kq) qələbəsi daha parlaq olub.
O, rəqibini 3 dəfə noqdauna saldığından hakimlər döyüşü saxlayaraq qələbəni yığmamızın üzvünə veriblər.
Leyla Cavadova da (75 kq) əzmkar qələbə ilə yadda qalıb. Boksçumuz birinci raundda noqdauna düşsə də, sonda qazaxıstanlı rəqibini məğlub edib.
Aynur Rzayeva (81 kq) da dörddəbir final mərhələsində qalib gələrək yarımfinala vəsiqə qazanıb.
