11 dekabr 2012 17:10
Baku Fires – Mexico Guerreros görüşünün heyətləri açıqlandı
Dekabrın 15-də “Baku Fires” klubu Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun matçına çıxacaq. Azerisport.az xəbər verir ki, komandamız saat 19:00-da başlayacaq görüşdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Meksikanın “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.
Komandaların heyətləri artıq məlumdur:
Baku Fires – Mexico Guerreros
54 kq. Məhəmməd Qurbanov (Rusiya) – Kristian Torres (Meksika)
61 kq. Albert Səlimov (Rusiya) – Fernando Alvarez Dias (Meksika)
73 kq. Məhəmməd Nurutddinov (Belarus) – Konrad Kamminqs (İrlandiya)
85 kq. Hacımurad Nasrutdinov (Azərbaycan) – İsaak Qutyerres (Meksika)
+91 kq. Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Aleks Rivera (Meksika)
Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovu yenidən rinqdə izləyə biləcəyik. Onun rəqibi ötən mövsüm hər iki döyüşdə məğlub olmuş Aleks Riveyradır.
23 yaşlı Hacımurad Nasrutdinovun bu WSB liqasında ilk döyüşü olacaq.
Meksika klubunda Fernando Alvarez Dias və İsaak Qutyerres bu çempionatda ilk döyüşlərini qələbə ilə başa vurublar.
Hər iki komanda “A” qrupunda liderlər arasında olduğundan görüşün gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Komandamız meksikalılara nisbətən bir görüş az keçirib. “Baku Fires”-in “Dinamo” ilə səfər matçı yanvarda baş tutacaq. Qrupun digər görüşlərində Poland Hussars Desert Hawks-ı qəbul edəcək. “Dinamo” (Moskva) – Argentina Condors qarşılaşması təxirə salınıb.
Turnir cədvəli
1. Mexico Guerreros 9 (3)
2. “Baku Fires” 6 (2)
3. “Dinamo” 4 (2)
4. Argentina Condors 3 (3)
5. Poland Hussars 3 (3)
6. Desert Hawks 1 (3)
